Robomonte Yaz Turniri

Robomonte Yaz Turniri

Şagirdlərin daha böyük turnirlər də iştirak edə bilmələri, təcrübə və biliklərinin artırılması məqsədilə hər modul üzrə filiallar arası turnirlərin keçirilməsi davam edir.

Belə ki, növbəti turnir Robomonte modulu üzrə 15 aprel 2023-cü il tarixdə Koroğlu filialında keçirildi. “Robomonte Yaz Turniri” adlı turnirdə iştirak hüququ filiallarda keçirilən test imtahanlarına əsasən seçilmişdi.

Sumo battle kateqoriyası üzrə keçirilən turnirdə 18 komanda 45 şagird iştirak etdi.

Kateqoriya : Sumo battle

I yer – Koroğlu Kings – Musa Musayev, Turqut Əliyev, İsmayıl Mahmudov.

II yer – Binəqədi Gravity – Əli Qəniyev, Abbas Cəfərov, Yusif Mirzəyev.

III yer – Binəqədi Enigma - Yusif İsmayılzadə, Məhəmməd Şükürlü.

Bütün şagirdlərimizə uğurlar arzu edirik.

Teqlər