Neobot
İnkişaf etmiş ölkələr siyahısında yüksək yer tutan Koreya öz təhsil sistemində robototexnikanı gənclərə sevdirmək üçün müxtəlif metodlardan istifadə edir. Bu metodlardan biridə NeoBot sistemidir. NeoBot Koreya dövlət məktəblərində istifadə olunan robototexnika moduludurki məqsəd gənclərin inkişaf etməsi və gələcək peşələrə hazırlıqlı olmasıdır. Sistem şagirdlərin əl qabiliyyətlərini artırmaq və bununla birgə programlama edərək hər iki istiqamətdə inkişafına kömək edir.Digər robototexnika sistemlərindən fərqli olaraq NeoBot təhsil sistemində şagirdlərin yaş fərqləri nəzərə alınır və onlar ilkin səviyədən başlayaraq inkişaf yolunda irəliləyirlər və şagirdlər tədris zamanı robototexnika dərslikləri ilə təmin olunurlar.
Modul üçün yaş həddi: 5-19 yaş
Kurs müddəti: 10 ay
Dərs sayı: Həftədə 2 dəfə
Dərs saatı: 1.5 saat