About Image
Haqqımızda

AzeRobot education

 AzeRobot education robototexnika tədris mərkəzi 2021-ci ilin iyul ayından fəaliyyət göstərir. Tədris mərkəzimizdə 5 yaşdan yuxarı hər kəs üçün robototexnika, mühəndislik, proqramlaşdırma sahələrinin tədrisi 17-dən çox modul üzrə həyata keçirilir. Hal-hazırda Koroğlu, Sahil, Nərimanov, Əhmədli, Balaxanı, Sumqayıt və Xocalı filialları fəaliyyət göstərir. AzeRobotun bütün şəhər və kəndlərdə filiallarının açılması nəzərdə tutulmuşdur.
     

AzeRobot education robototexnika, mühəndislik və proqramlaşdırma modullarının tədrisini həyata keçirən tədris mərkəzidir. Hal hazırda 7 filial fəaliyyət göstərir.

Artıq 4 ildən çoxdur ki, AzeRobot education robototexnika tədris mərkəzi fəaliyyət göstərir. Bu müddət ərzində böyük nailiyyətlər əldə etmişik və şagirdlərimizin texnoloji biliklərini inkişaf etdirmək, beynəlxalq və ölkədaxili yarışlarda uğur qazanmaları, onların istedadlarını nümayiş etdirmək üçün daim çalışmışıq.


 Gördüyümüz işlər:
• 2500+ şagird robototexnika, proqramlaşdırma və mühəndislik sahələrində təhsil alıb.
• Beynəlxalq robot yarışlarında iştirak edərək mükafatlar qazandıq.
• 18+ modul üzrə innovativ tədris proqramları hazırlayaraq, şagirdlərimizə əyləncəli və praktik tədris təcrübəsi təqdim etdik.


Üstünlüklərimiz:
• Peşəkar müəllim heyəti və müasir tədris avadanlıqlarımızla fərqlənirik.
• Tədris proqramlarımızda praktiki və nəzəri bilikləri balanslaşdırıraq, şagirdlərimiz müasir dünyada yenilənən IT bilikləri mənimsəyir
• Şagirdlərimizin kreativ düşüncə və komanda işi bacarıqlarını inkişaf etdirməyə fokuslanırıq.


 Gələcək məqsədlərimiz:
• Daha çox yeniyetmə və gəncləri innovativ elmlərlə tanış etmək, onların texnoloji bacarıqlarını artırmaq.
• Tədrisə yeni tədris modulları, tədris proqramları əlavə edərək, şagirdləri innovasiya və yaradıcılığa təşviq etmək.
• Beynəlxalq əməkdaşlıqları genişləndirmək və daha çox beynəlxalq yarışlarda iştirak edib, uğur qazanmaq.

 

AzeRobot education mentorlarının hazırlaşdırdığı şagirdləri ölkədaxilində keçirilən Teknofest Azərbaycan, FIRST Lego League, SAF, Robofest, Robotex Azərbaycan, World Robot Olympiad Azerbaijan, VEX IQ Robotics, Dünya Robot Çempionatının Azərbaycan finalı, Proqramlaşdırma Olimpiadasında, Beynəlxalq yarışlardan isə Uluslararası Meb Robot (Türkiyə), Teknofest (Türkiyə), WRO (Almaniya), Robotex  (Türkiyə), RoboChallange  (Ruminiya), All Japan Robot-Sumo Tournament  (Yaponiya) robot yarışlarında komandalarımız fəal iştirak edərək, müxtəlif uğurlar qazanmışdılar.

İştirak etdiyimiz Beynəlxalq yarışlarda uğurlu iştirakımıza görə bir neçə dəfə Gənclər və İdman Naziri cənab Fərid Qayıbov yarışda iştirak etmiş komandalarımızla üzvləri ilə görüşüb. Nazir gəncləri qazandıqları uğurlar münasibətilə təbrik edib, iştirak etdikləri tədbirlər və qazandıqları təcrübələr barədə fikir mübadiləsi aparmışdı.

AzeRobot education Schlumberger Azerbaijan, SOCAR, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC,  Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəz kimi müəssisələrlə əməkdaşlıqlar başlamışdır. Əməkdaşlıq layihəsinə əsasən 200 nəfərdən çox şagird təlimlərdə və master klasslarda iştirak etmişdir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC  təşkilatçılığı ilə “AzeRobot Education” Robototexnika Tədris Mərkəzinin üzvləri arasında “Gəmiçilik, gənc ixtiraçılar və innovasiya” müsabiqəsi elan olunmuşdu. Müsabiqə çərçivəsində şagirdlər ilk öncə müxtəlif konseptual layihələr hazırlayaraq, daha sonra isə prototip formasında layihələrini təqdim etdilər. Münsiflər heyətinin qiymətləndirilməsinə əsasən qaliblər müəyyən olundu. Qaliblər təşkil olunmuş qiymətləndirmə mərasimində elan olunaraq, mükafatlandırıldı. Qaliblərə ASCO rəhbərliyi tərəfindən dəyərli hədiyyələr, diplom və sertifikatlar təqdim olunmuşdu.   

 

560 +

Tələbə

6 +

Filial

50 +

Müəllim

14 +

Modullar
Heyətimiz

Heyətimiz

İmamir Mirzoyeva

İmamir Mirzoyeva

Direktor -layihə rəhbəri
Muğan Güləli

Muğan Güləli

Direktor müavini
İlhamə Səfərova

İlhamə Səfərova

Yarışlarda iştirak üzrə menecer
Səbinə Əliyeva

Səbinə Əliyeva

Sahil filialının rəhbəri
Aynur Babakişiyeva

Aynur Babakişiyeva

Koroğlu filialı rəhbəri
Nərmin Nağıyeva

Nərmin Nağıyeva

Balaxanı filialı rəhbəri
Nəzrin Kələntərova

Nəzrin Kələntərova

Nərimanov filialının rəhbəri
Ceyran

Ceyran

Sumqayıt filialının rəhbəri

Bizim Gücümüz

Əsas məqsədimiz uşaqların bu sahəyə marağını artırıb, onları inkişafa doğru yönəltməkdir.

Real Dünyaya Açıq Qapılar

Əgər uşaqların gələcək peşələrinə proqramlaşdırma, robototexnika və mühəndislik daxildirsə, onlar komanda işi və yaxşı inkişaf etmiş tənqidi düşünmə bacarıqlarında möhkəm təməl əldə edə bilərlər.

Tərəqqi Mükafatlandırılır

Övladınıza inam yaradın və səylərinin tanınması yolu ilə məqsəd hissini artırın. Şagirdlər "Aze-Robot Education"da bitirdikləri hər səviyyədən sonra məzun sertifikatı ilə təltif olunurlar.

Kifayət Qədər Avadanlıq

İştirak edən hər kəsə kurslarımızda uğur qazanmaq üçün lazım olan təlimat və diqqəti almaq imkanı yaratmaq üçün sinif ölçüsünü məhdudlaşdırdıq.

Partnyorlarımız