Skill Code

Skill Code

 SkillCode modulu – proqramlaşdırmaya sıfırdan başlayan uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulmuş çoxsəviyyəli tədris sistemidir. Bu modul vasitəsilə şagirdlər texnologiya dünyasına ilk addımlarını atır, vərdişləri sistemli şəkildə mənimsəyir və nəticədə müasir veb saytlar və tətbiqlər hazırlamaq bacarığı qazanırlar.

Modul 3 əsas səviyyədən ibarətdir: Elementary, Junior və Senior. Hər səviyyə yaş və bilik səviyyəsinə uyğun şəkildə hazırlanıb və uşaqları tədricən sadədən mürəkkəbə doğru inkişaf etdirir.

 

 Elementary səviyyəsi (8+ yaş)

Bu mərhələ proqramlaşdırmaya yeni başlayan uşaqlar üçün nəzərdə tutulub. Əsas məqsəd uşaqlarda alqoritmik düşüncə, məntiq və yaradıcılıq bacarıqları formalaşdırmaqdır.

Tədris zamanı öyrənilir:

Scratch proqramlaşdırma mühiti

Blok əsaslı proqramlaşdırma

Hadisələr, dövrlər, səslər və görünüşlər üzrə ssenarilərin qurulması

Kiçik oyunlar və animasiyalar yaratmaq

Dərs mövzuları: Intro, Algorithm, Scripts, Start Events, Loop, Motion, Looks, Sounds, Control və s.

Nəticə: Uşaqlar öz ilk oyun və animasiyalarını müstəqil şəkildə hazırlayır.

 

 Junior səviyyəsi (14+ yaş)

Bu mərhələdə şagirdlər artıq real veb saytlar yaratmağa başlayırlar. Gələcəkdə proqramlaşdırma sahəsində ixtisaslaşmaq istəyən yeniyetmələr üçün güclü texniki baza formalaşdırılır.

Tədris zamanı öyrənilir:

HTML: saytların strukturunun qurulması

CSS: saytların vizual görünüşünün dizaynı, adaptivlik, Flexbox və Grid

JavaScript: interaktivlik, animasiya, funksiyalar və OOP

Formlar və veb interfeyslərin yaradılması

Nəticə: Dinamik və adaptiv şəxsi veb saytların yaradılması bacarığı

İştirakçılar saytlarında formalar, menyular, interaktiv elementlər və animasiyalar tətbiq edirlər.

 

 Senior səviyyəsi (16+ yaş)

Bu mərhələ daha dərin bilik və bacarıq tələb edir. Şagirdlər peşəkar veb proqramlaşdırma, back-end əsasları, kiber təhlükəsizlik və Python proqramlaşdırma ilə tanış olurlar.

Tədris zamanı öyrənilir:

React kitabxanası ilə veb tətbiqlərin hazırlanması

JSX, komponentlər, state və routing

API-lərlə işləmək, fetch, axios ilə məlumatların çəkilməsi və emalı

Back-End əsasları, məlumat bazaları və verilənlərin saxlanması

Kiber təhlükəsizliyin əsasları

Python proqramlaşdırma dili:

Sintaksis, dəyişənlər, funksiyalar və şərtlər

Obyekt yönümlü proqramlaşdırma (OOP)

Fayllarla işləmə, modul və kitabxanalar

Flask ilə sadə server tətbiqləri

 Nəticə: Dinamik və funksional veb tətbiqlərin hazırlanması, Python ilə back-end əsaslarının mənimsənilməsi bacarığı

 İştirakçılar real layihələr üzərində işləyir, Python ilə server tərəfli proqramlar yazır və portfoliolarını formalaşdırırlar. 

 

Emiliya Mirzəli

Emiliya Mirzəli

Robomonte, Neobot- mentor