Neobot

Neobot

Bilirik ki Koreya Respublikasında təhsil sistemi çox güclüdür. Çünki çox sərbəst, çox uğurlu və çox təəccübləndirən bir sistemləri var. Təhsilləri, tədrisləri və metodları ilə çox fərqlənirlər. Bu ölkədə istedad çox nəzərə alınmır,çünki Koreyalılar çox çalışmağa və işgüzarlığa hər şeydən daha çox üstünlük verirlər. Ölkənin daxilində "əgər çox çalışsanız, kifayət qədər ağıllı ola bilərsiniz" inancı hökm sürür. Elə AzeRobot education rəhbərliyidə bu deyimə uyğunlaşaraq, Azərbaycanda da istedadlı, ixtiraçı gələcəkdə texnologiya sahəsində icadlar edəcək gəncləri yetişdirə biləcəyinə inandığı üçün Cənubi Koreyanın ən öndə gedən robototexnika üzrə “Neobot School” tədris sistemini Azərbaycana gətirdi. AzeRobot Education və Neopia şirkətləri arasında Azərbaycan da bu sistemin tədrisinin AzeRobot tərəfindən aparılması məqsədilə tərəfdaşlıq müqaviləsi imzalandı. 
    NEOPIA 1999-cu ildə Koreyanın Bilik İqtisadiyyatı Nazirliyinin inkişaf layihələri  tərəfindən  yaradılmışdır.
- NEOPIA bu sahədə 4 texnologiya patenti, 7 dizayn patenti və 6 ticarət nişanı patentinə malikdir.
- NEOPIA texniki işləri uğurla başa vurmuş sertifikatlı texnologiya şirkətidir.
    “Neobot education” robototexnika sistemini xüsusi olaraq dəvət olunmuş koreyalı mütəxəssis Kim Haeyong öz bilikləri və bacarıqlarını AzeRobot education mentorları ilə bölüşərək təlimlər keçdi. Bilik səviyyəsini yeni pilləyə çatdıran, iki həftəlik təlim keçən mentorlarımıza, Cənubi Koreyadan dəvət olunmuş mütəxəssis tərəfindən keçirilən imtahanın nəticəsindən asılı olaraq “Neobot education” robototexnika tədrisinin aparılması üçün Beynəlxalq dərəcəli sertifikatı təqdim olundu.
    5-19 yaş arası uşaqlar üçün nəzərdə tutulmuş bu sistemin tədrisində hər sinif uşaqlar üçün kitablar koreya dilindən Azərbaycan dilinə tərcümə olunmuşdur.  
    Bütün filiallar üzrə bu modulun tədrisi üçün qeydiyyat başlamışdır.  Qeyd edək ki, Neobot tədrisi Azərbaycan üzrə yalnız AzeRobotda aparılacaqdır.

Teqlər