
Robototexnika modulları üzrə yarımil hesabat turniri keçirildi.
21 dekabr 2024-cü il tarixində yarımil hesabat turniri keçirildi.
Turnir AzeRobot Education-un Koroğlu filialında təşkil olunmuşdu. Robomonte, VEX, M-Bot, Neobot və Spike modullarının şagirdləri arasında keçirilən turnirdə şagirdlər yarım il ərzində aldıqları təhsilə uyğun olaraq şifahi imtahandan keçərək münsiflər tərəfindən qiymətləndirildilər.
Fəal iştiraklarına görə şagirdlərə sertifikatlar təqdim edildi. Həmçinin, püşkatma yolu ilə bir neçə şagird xüsusi hədiyyələr qazandı.
♻️Turnirin keçirilməsində əsas məqsəd şagirdlərin bilik səviyyələrini müəyyənləşdirmək, onların bu sahəyə maraqlarını artırmaq, ölkədaxili və beynəlxalq yarışlara hazırlıq prosesini gücləndirmək, həmçinin təhsilin keyfiyyətini qiymətləndirmək idi.