AzeRobot WRO-da

AzeRobot WRO-da

24-25 sentyabr 2022-ci il tarixlərində Dünya Robot Olimpiadasının (WRO) Azərbaycan üzrə seçmə mərhələsi olan V Robot Olimpiadası keçirildi. Bütün filiallarımızdan mentor və şagirdlərdən ibarət komandalar bu yarışa qoşulmuşdular. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunmuş Olimpiada da Senior Robo Mission və Elementary Robo Mission kateqoriyaları üzrə I yer, Junior Robo Mission kateqoriyası üzrə II yerə komandalarımız layiq görülmüşdür. I yerin qalibi olan Koroğlu və Bilgəh filialımızın komandaları 17-19 noyabr 2022-ci il tarixlərdə Almaniyanın Dortmund şəhərində keçiriləcək Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edəcəklər.