AzeRobot Çıraq ol layihəsi ilə Şamaxıda

AzeRobot Çıraq ol layihəsi ilə Şamaxıda

Rayon, qəsəbə və kəndlərdə təhsil alan şagirdlərə dəstək olmaq, motivasiya və texnologiya elmləri ilə tanışlıq məqsədilə AzeRobot və Gələcəyimizə Çıraq ol layihəsi növbəti dəfə Şamaxı rayonu, Qaleybuğurd kəndinə yollandılar.

   Neobot modulu üzrə keçirdiyimiz master classda 14 şagird iştirak etdi. Şagirdlərə modul ilə ilkin tanışlıq sonrası robotlar hazırlanıb, proqramlaşdırılıb və komanda şəklində yarışdılar. Onlar üçün həm əyləncəli həm də faydalı keçən master classda iştiraklarına görə həvəsləndirici sertifikat və hədiyyələr təqdim olundu. İstedadlı şagirdlərlə keçirdiyimiz maraqlı gündən bir neçə kadrı sizinlə bölüşürük.

 İstedadlı şagirdlər ilə tanış olduğumuz üçün məmnun olduq və bu layihəyə görə Çıraq ol komandasına təşəkkür edirik.

Teqlər