Dron Mühəndisliyi
Yəqin fərqindəsiniz ki, 21-ci əsrin ən trend texnologiyalarından biri də uçan aparatlardır. Bu aparatların içində də ən məşhur və əlçatan olanı dronlar
Biz, Azerobot Education olaraq bütün bunları nəzərə alıb, "Dron mühəndisi" moduluna start veririk! Övladlarınız bu kursa qatılaraq nələri öyrənəcək? Gəlin, daha aydın olması üçün bir az bölgü aparaq
Tədris müddəti 2 hissəyə bölünür: Nəzəri və praktiki
Nəzəri hissə:
İlkin məlumatlar və tanışlıq;
Elektrik, elektrik dövrələri və əsas elektronik komponentlər;
Multimetrlə işləmə və ölçmə texnikası;
Mexaniki ötürücülər, çarxlar, təkərlər və pərlər;
Motorlar və motor sürücülər;
3D dizayn və print;
Robotik kodlama (Arduino İCE, C++, Python);
Radio əlaqə;
Yarana biləcək problemlərin və bug-ların diaqnostikası və həlli.
Praktiki hissə:
Təhlükəsizlik qaydaları ilə tanışlıq;
Qaynaq stansiyası ilə işləmə bacarığına yiyələnmək;
Plan üzrə aparatların düzəldilməsi;
Real testlər və uçuşlar;
Modul üçün yaş həddi: 10-18 yaş/ 18yaş+
Kurs müddəti: 10 ay
Dərs sayı: Həftədə 2 dəfə
Dərs saatı: 1.5 saat