Komandamız MEB Robot yarışmasında ölkəmizi uğurla təmsil etdi!

Komandamız MEB Robot yarışmasında ölkəmizi uğurla təmsil etdi!

21–24 may 2025-ci il tarixlərində Türkiyənin Kayseri şəhərində keçirilən 17-ci Uluslararası MEB Robot yarışmasında mentor və şagirdlərdən ibarət komandamız ölkəmizi layiqincə təmsil etdi.

Avropanın ən böyük robot yarışmalarından biri sayılan MEB Robot yarışmasında 12 nəfərlik heyətimiz “Mini Sumo”, “Temel Seviye Çizgi İzleyen”, “İleri Seviye Çizgi İzleyen” və kateqoriyalarında mübarizə apardı. Komandamız 10 500-dən çox iştirakçı arasında fəal şəkildə çıxış edərək Azərbaycanın adını beynəlxalq səviyyədə tanıtmaq üçün böyük səy göstərdi.

Yarış müddətində heyət üzvlərimiz Türkiyənin Təhsil Naziri Prof. Dr. Yusuf Tekin və Kayseri Böyükşəhər Bələdiyyəsinin başçısı Dr. Memduh Büyükkılıç ilə görüşərək komandamız və fəaliyyətlərimiz haqqında məlumat verdilər. TRT dövlət kanalına verdikləri müsahibədə əldə etdikləri təcrübələr və gələcək hədəfləri barədə danışıblar.

Yarışmanın aparıcısı, Türkiyənin nüfuzlu simalarından biri olan Levent Kol isə “İki dövlət, bir millət” prinsipi çərçivəsində komandamıza xüsusi hörmət göstərmiş və bizi iştirakçılara rəsmi qonaq qismində təqdim etmişdir.

AzeRobot Education olaraq, şagirdlərimizin bu beynəlxalq yarışmada iştirakı onların texniki biliklərini genişləndirməklə yanaşı, qlobal səviyyədə təcrübə qazanmalarına da şərait yaratdı. Onlar müxtəlif ölkələrdən olan həmyaşıdları ilə fikir mübadiləsi apararaq komanda işi, problem həlli və yaradıcı düşüncə kimi bacarıqlarını daha da inkişaf etdirdilər. Bu təcrübə onlara həm geniş dünyagörüşü, həm də güclü özünəinam qazandırdı.

Azərbaycanı beynəlxalq arenada təmsil etmək bizim üçün böyük qürurdur və hər bir şagird üçün bu, unudulmaz bir təcrübədir.