AzeRobot Teknofest Karadeniz 2022 Festivalında iştirak etdi.

AzeRobot Teknofest Karadeniz 2022 Festivalında iştirak etdi.

30 avqust – 4 sentyabr tarixlərində Türkiyənin Samsun şəhərində “Teknofest Karadeniz” texnoloji festivalı keçirilir. “Teknofest Azərbaycan 2022” festivalında Planer müsabiqəsində II yeri tutan AzeRobot SKY Planer komandamız tam heyətlə bu festivalda iştirak edir.  Ölkəmizi təmsil edən “Teknofest Azərbaycan” layihəsində qalib gələn komandamız orada qonaqlar, izləyicilər və iştirakçılar tərəfindən xoş qarşılanaraq, maraqlı görüşlər keçirmişlər. Komandamızın üzvləri Orgeneral Ali Çardakçı Vizyonergenc Genel müdürünün, T.C.Savunma Sanayi Başkan Yardımcısının, həmçinin AFAD Eğitim mərkəzinin müdürü və nümayəndələri, Solotürk pilotları, Kızıl Elma pilotları ilə görüşüb, maraqlı müzakirələr aparmışlar. Həmçinin AzeRobot SKY komandası üçün ayrılmış stend insanların marağına səbəb olub. Bir çox iştirakçı və izləyicələr yaxınlaşaraq layihə ilə tanış olub, ölkəmizə sevgilərini bildirmişlər.