AzeRobot Qadınlar STEM Festivalında

AzeRobot Qadınlar STEM Festivalında

28-29 yanvar 2023-cü il tarixdə QadınFest platforması "Women in Tech" beynəlxalq təşkilatının dəstəyi ilə möhtəşəm "Qadınlar STEM-də" festivalı keçirildi.

Bakı Dəniz Vağzalının binasında yerləşən Liman İncəsənət Mərkəzində açılışı baş tutan “Qadınlar STEM”də adlı 2 günlük festivalda AzeRobot-da robototexnika modulları üzrə master class keçmək üçün dəvət olunmuşdu.

Festivalda AzeRobot stendində 60-dan çox şagirdə Spike, M-Bot, Robomonte modulları üzrə robototexnikanın ilk anlayışları və praktiki olaraq ilk robotun hazırlanması tədrisi aparıldı. Bu elm ilə tanış olan şagirdlər böyük həvəslə robotlarını hazırlayıb, proqramlaşdırmağı öyrəndilər. Əyləncəli keçən Festivalın təşkilatçılarına və əməyi keçən hər kəsə təşəkkürümüzü bildiririk.

Teqlər