“Hədəfdə STEAM-5” adlı Beynəlxalq İnteraktiv Təlim-treninqinin açılış mərasimi oldu.
Hədəf STEAM liseyinin təşkilatçılığı, Hədəf Şirkətlər Qrupu, Eduhek, Robotzadə və Bilim Bakının tərəfdaşlığı ilə 27-28 yanvar 2023-cü il tarixində Ümummilli lider Heydər Əliyevin 100 illik Yubileyinə həsr edilmiş “Hədəfdə STEAM-5” adlı Beynəlxalq İnteraktiv Təlim-treninqinin açılış mərasimi keçirilmişdir.
Azərbaycanın ilk STEAM liseyi kimi fəaliyyət göstərən "Hədəf Liseyi" tərəfindən 2019-cu ildən təşkil edilən bu tədbir təhsil sahəsində çalışan tədqiqatçıları, müəllimləri bir araya gətirməklə müasir dünyanın ən qabaqcıl təhsil modellərindən olan STEAM əsaslı təhsilin ölkəmizdə tətbiqi təcrübəsininin paylaşmasını, yeni tədqiqatlara çağırış etmək ideyalarını əhatə edir.
Təlim-treninqin STEAM dərs nümunələri, sərgi və geniş mövzulu plenar sessiyalarında paytaxt və regionlardan 200 nəfərdən çox müəllim iştirak edir.
Tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində STEAM Azərbaycan layihəsinin rəhbəri İqrar Nəzərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinin dekanı dosent Arzu Daşdəmirov, Azərbaycan Texniki Universitetinin Rəqəmsallaşma və Layihələr üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Rəsad Əliyev, Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini Aytən Zamanova, Azərbaycan Respublikası Təhsil İnstitutunun İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Aynur Alışzadə, “Təmiz şəhər” ASC-nin mətbuat katibi Orxan Cabbarlı, STEAM üzrə ekspert Aliyə Əhmədova, “AzeRobot Education” robototexnika tədris mərkəzinin layihə rəhbəri İmamir Mirzoyeva, Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının sədri Heydər Eminli, Hədəf Liseyi nəzdində İnteraktiv Elm Muzeyinin rəhbəri Elçin Abbasov, hərbi mühəndis və fərdi investor Ülvi Hacıyev “Bilim Bakı” rəhbəri Yusuf Polat iştirak etmişdir.