Gənclər və İdman Naziri Fərid Qayıbov, AzeRobotun 15-ci Uluslarasası MEB Robot Yarışmasında iştirak edən komandası ilə görüş keçirdi.

Gənclər və İdman Naziri Fərid Qayıbov, AzeRobotun 15-ci Uluslarasası MEB Robot Yarışmasında iştirak edən komandası ilə görüş keçirdi.

Sentyabrın 11-də Gənclər və İdman Naziri Fərid Qayıbovun , AzeRobotun 06-09 sentyabr 2023-cü il tarixləri arasında Türkiyənin Bursa şəhərində keçirilən 15-ci Uluslarasası MEB Robot Yarışmasında iştirak edən komandası ilə görüşü baş tutdu.

5 komanda ilə yarışa qatılan AzeRobot Education Mini-Sumo kategoriyası üzrə 654 robot arasından 1/8 final yüksəlmişdir və robotlarımız 14-cü yerdə qərarlaşmışdır.


Komanda üzvləri öz kategoriyaları üzrə yarış barəsində məlumat verdilər. Görüş iştirakçıları səfərdə olan komandanın təəssüratlarına maraqla qulaq asdılar.

Görüşdə gənclərin fikirlərini və təkliflərini dinləyən nazir Fərid Qayıbov onların istər beynəlxalq aləmdə, istərsə də ölkə daxilində fəallığının vacibliyini qeyd etdi və onlara gələcəkdə iştirak edəcəkləri yerli və beynəlxalq yarışlarda uğur arzuladı.

Teqlər