Spike Yaz Festivalı keçirildi.

Spike Yaz Festivalı keçirildi.

11 mart 2023-cü il tarixdə Koroğlu filialında  AzeRobot Education robototexnika tədris mərkəzinin filialları arasında Spike kafedrasının “Spike Yaz Festivalı” adı altında hesabat turniri keçirilmişdir.

Turnirdən öncə filiallarda keçirilən testlərin nəticəsinə əsasən yüksək nəticə göstərən şagirdlər turnirdə iştirak imkanı qazanmışdır.

Turnirdə bütün filiallardan 17 komanda 50 şagird iştirak etmişdi.

ADRA ART Course tərəfindən 14 şagird “Robototexnika” mövzusunda rəsmləri ilə tədbirimizdə qonaq qismində iştirak etdilər.

“Spike Yaz Festivalı” qaliblərini sizə təqdim edirik.

 

I yer – Koroğlu filialı – Safiya Namaz, Ömər Əlizadə, Nərmin Eyyublu

II yer – Sahil filialı – İrfan Həsənzadə, Gülnur Əkbərli, Elşad Yusufov

III yer – Ramana filialı – Adil Abbasov, İlqar Əbdüləzimzadə, Nəbi Balazadə

 

Bütün şagirdlərimizə uğurlar arzu edirik.

Teqlər