Gənc mühəndis, dron mühəndisliyi və mexatronika modulları üzrə yarımil hesabat turniri keçirildi.

Gənc mühəndis, dron mühəndisliyi və mexatronika modulları üzrə yarımil hesabat turniri keçirildi.

22 dekabr 2024-cü il AzeRobot education filiallarının şagirdləri arasında ikinci turnir keçirildi.
Gənc mühəndis, dron mühəndisliyi, mexatronika modullarının şagirdləri arasında keçirilən turnir Sahil filialında təşkil olunmuşdu. Şagirdlər yarım il ərzində aldıqları təhsilə, proqrama uyğun olaraq komanda şəklində kiçik layihələr hazırlamışdılar. Münsiflərə təqdim olunan layihələr, hazırlanması, proqramlanması və təqdimatına əsasən qiymətləndirildi.
Yüksək bal toplayan üç komanda mükafatlandırıldı. I yerə Maştağa filialının şagirdləri Əliyev Həsən, Əhməd Ömər, Əhməd Səid (85 bal) , II yerə Əhmədli filialının şagirdləri Rəhimli Hüseyn, Həsənzadə Süleyman, Axundzadə  Yusif (73 bal), III yerə isə Nərimanov filialının şagirdləri olan Fərzəliyev Rəhman, Əmənli Elcan və Bahadur İlyas (70 bal) layiq görüldülər. 

 İştirak edən hər şagirdə fəal iştirakına görə sertifikatlar təqdim olundu.
Əlavə olaraq Koroğlu filialının şagirdləri Rəşidli Amin, Həsənli Maqsud və Zəkiyev Zeynal kreativ layihə hazırladıqları üçün 90 bal toplayaraq,  extra qalib olub pul mükafatı aldılar.
♻️Turnirin keçirilməsində əsas məqsəd şagirdlərin bilik səviyyələrini müəyyənləşdirmək, onların bu sahəyə maraqlarını artırmaq, ölkədaxili və beynəlxalq yarışlara hazırlıq prosesini gücləndirmək, həmçinin təhsilin keyfiyyətini qiymətləndirmək idi.