Tələbələr üçün əla fürsət!
AzeRobot education tələbələr üçün dörd aylıq robototexnika modulları üzrə mentorluq kurslarına qəbul elan edir.
Hərəsi 4 ay olmaqla keçiriləcək modullar:
Mexatronika - Bu modulda iştirakçılar elektronikanı, proqramlaşdırmanın əsas biliklərini və alətlərlə işləməyi öyrənəcəklər. Sonda isə robot hazırlayıb, proqramlaşdıra biləcəklər.
Proqramlaşdırma - Bu modulda iştirakçılar "Pyhton" proqramlaşdırma dilini və istənilən mürəkkəblikdə proqramlar yaratmağı öyrənəcəklər. Əlavə olaraq, gələcəkdə başqa dilləri öyrənmək onlar üçün daha əlverişli olacaq.
Dron mühəndisliyi - Bu modulda iştirakçılar aerodinamika və dronların yığılması üzrə əsas bilikləri, həmçinin dronun tam yığılmasını, proqramlaşdırmanı öyrənəcəklər.
Süni intellekt - Bu modulda iştirakçılar alqoritmlərin köməyi ilə süni intellekt yarada və tədrisində tələb olunan proqramları öyrənəcəklər.
Kursun sonunda yaxşı nəticə göstərən iştirakçılar AzeRobot education filiallarında robototexnika modulları üzrə mentor olaraq, çalışmaq fürsəti veriləcək.
Əgər sizdə dövrün tələbi olan yeni biliklərə yiyələnmək, ilk karyeranızı uğurlu müəssisələrdə başlamaq istəyirsizsə bizə müraciət edin.
Ətraflı məlumat almaq yaxud qeydiyyatdan keçmək üçün 051 215 35 75 nömrəsilə əlaqə saxlamağınızı xahiş edirik.