Komandalarımız 16-cı Meb Robot yarışmasında iştirak etmək üçün Türkiyəyə yollandı.

Komandalarımız 16-cı Meb Robot yarışmasında iştirak etmək üçün Türkiyəyə yollandı.

Türkiyənin Milli Eğitim Bakanlığı tərəfindən təşkil olunan, Avropanın ən böyük robot yarışlarından biri olan Meb Robot yarışmasında iştirak üçün “AzeRobot education” robototexnika tədris mərkəzinin mentor və şagirdlərindən ibarət komanda Türkiyənin Ərzurum şəhərinə yollanıb.

16-19 oktyabr tarixlərində baş tutacaq yarışa komandalarımız artıq 3-cü dəfədi ki qoşulurlar. 

Bu yarışma daha öncə 15 dəfə Türkiyənin müxtəlif şəhərlərində keçirilib. 14 kateqoriya üzrə aparılan yarışda müxtəlif ölkələrdən iştirakçılar qatılır. Seçim turlarına əsasən təyin olunan yarışlarda şagirdlər, yeniyetmə və gənclər iştirak edir.

Komandalarımız ilk dəfə 13-16 iyun 2022-ci il tarixdə 14-cü Uluslar arası Meb Robot yarışmasınsa iştirak etdilər. Bir neçə kateqoriya üzrə qoşulduğumuz yarışda Mini sumo kateqoriyası üzrə yarımfinala yüksələrək, 2000 iştirakçı arasından 8-ci yerə layiq görüldük.

Uluslararası Meb Robot yarışmasında ikinci iştirakımız Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 06-09 sentyabr 2023-cü il tarixlərdə keçirilən zaman baş tutdu. Bursa şəhərində keçirilən 15-ci Uluslararası Meb Robot yarışmasında  19 ölkədən qoşulmuş iştirakçılar mübarizə aparırdı.

5 komanda ilə yarışa qatılan komandalarımız Mini-Sumo kategoriyası üzrə 654 robot arasından 1/8 final yüksəlmişdir və robotlarımız 14-cü yerdə qərarlaşmışdır.

 

Ölkəmizi beynəlxalq arenalarda təmsil edən, müxtəlif yarışlarda bayrağımızı zirvələrə qaldıran komanda üzvlərimizə bu yarışda da uğurlar arzu edirik.