ART 2023 GƏLƏCƏYƏ AÇILAN QAPI

ART 2023 GƏLƏCƏYƏ AÇILAN QAPI

Azərbaycan Respublikası Prezidentinin uşaqların texnologiya sahəsində inkişafına verdiyi dəstəyin töhfəsi olaraq, bu sahədə fəaliyyətini davamlı inkişaf etdirən AzeRobot education robototexnika təhsil mərkəzinin təşkilatçılığı ilə 14-15 yanvar 2023-cü ildə tarixlərdə ART 2023 robototexnika və mühəndislik yarışı keçirildi. Yarış 5-17 yaş arası şagirdlər üçün nəzərdə tutulmuşdu.

Balaxanı İdman Mərkəzində keçirilən yarışda 12 kateqoriya üzrə 162 komanda, 450-dən çox iştirakçı iştirak etdi.  İştirakçılar arasında Bakı Anadolu Türk Liseyi, Hədəf Şirkətlər qrupu, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası, S.Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziya və AzeRobot Koroğlu, Sahil, Pirşağı, Şəhriyar, Balaxanı, Maştağa, Binəqədi, Bilgəh, Ramana filiallarının şagirdləri var idi.

Yarışın şəffaflığını qorumaq məqsədilə bir çox mütəxəssislər və qonaqlar dəvət olunmuşdu. Belə ki, Azərbaycan Respublikası Gənclər və İdman Naziri müavini Ramil Cabbarov, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının Prezidenti Elvin Balacanov,  Azərbaycan Texniki Universitetin Rəqəmsallaşma və layihələr üzrə prorektoru Rəşad Əliyev, Azərbaycan Texniki Universitetin texniki dəstək qrupunun rəhbəri, Elektronika üzrə mütəxəssis Rauf Mehrabov ,“TEKNOFEST Azərbaycan” layihəsinin rəhbəri Mübariz Abdullayev, Bilim Bakı mərkəzinin direktoru Yusuf Polat, İnterprobe – CiSo şirkətinin rəhbəri Mahir Yüksəl, Hədəf Şirkətlər Qrupunun Təsisçisi və Direktoru Şəmil Sadiq, Türkiye Maarif Vakfı Azərbaycan Ülke Temsilcisi İbrahim Balım, Azərbaycan Uluslararası Maatif Okulları Müdürü Ertuğrul Toy, STEAM Azərbaycan Robototexnika üzrə mütəxəssisləri Elməddin Musayev və Hüseyn Abdulov, Robotzadə şirkətinin direktoru Ahmet Özaslan, Gaming League Azerbaijan (GMT) direktoru Adil Mahmudov, GMT sport direktoru Aleksandr Xitrov, İdeovate Consulting  MMC direktoru Nailə Namazova, Baku Creative Center MMC direktoru Emin Ələkbərov və telejurnalist Lalə Əliyeva qonaqlar arasında idilər.  

Qonaqların ən çox diqqətini çəkən yeniyetmələrin iştirak etdiyi open category kateqoriyasında balaca dünyaları ilə düşünüb, hazırladıqları layihələr, sumo, line follower, xətt izləyən və s. kateqoriyaları üçün isə xüsusi strategiya düşünüb, proqramlaşdırdıqları döyüşən, yarışan robot maşınlar oldu.

ART 2023 robototexnika turnirində iştirak edən hər bir şagirdə sertifikat və hədiyyələr təqdim olundu. Qaliblərə isə xüsusi hədiyyələr, kubok və medallar, həmçinin tərəfdaş şirkətlərdən Art of Baku və İdeovate Consulting nümayəndələri qaliblərə hədiyyələr təqdim etdilər.

Yüksək səviyyədə təşkil olunmuş iki gün keçirilən möhtəşəm ART 2023 robototexnika turnirin keçirilməsi və AzeRobot fəaliyyətinin məqsədi şagirdləri texnologiya sahəsinə maraq yaratmaq, öyrənməklərinə, inkişaf etmələrinə, ixtiralar etmələrinə, yaradıcılıq qabiliyyətlərinin və ən əsası ölkəmizi beynəlxalq yarışlarda təmsil etməyə, gələcəkdə ölkədə mühəndislərin, istehsalatçıların  daha çox və mükəmməl olmasıdır.