AzeRobot logo müsabiqə elan edir.
Günü-gündən inkişaf edən AzeRobot education robototexnika tədris mərkəzi loqotipi yeniləmək (Rebranding) qərarına gəlmişdir. Elə bu səbəbdən dizaynerlər arasında AzeRobotun konseptinə uyğun olaraq, logonu yeniləmək üçün müsabiqə elan edir.
Dizayner olaraq öz istedadını sınamaq, qalib gəlmək, mükafat qazanmaq istəyirsənsə səndə müsabiqədə iştirak et!
AzeRobota layiq bildiyin logonu hazırlayıb [email protected] ünvanına göndərin
AzeRobot fəaliyyət məqsədi 5-19 yaş arası şəxslərin gələcək dövrün tələbi olan texnologiya elmini, robototexnika, mühəndislik, proqramlaşdırma sahələrinin tədrisini həyata keçirməkdir. Azərbaycanın bütün şəhər, rayon və qəsəbələrdə filialların açılması nəzərdə tutulmuşdur.
Müsabiqə üçün şərtlər:
1. Hazırlanmış işlər ad, soyad, təvəllüd, əlaqə nömrəsi əlavə edilməklə 2023-cü ilin aprel ayının 20-dək [email protected] ünvanına göndərilməlidir.
2. Loqo azerobot.az saytının konseptini özündə əks etdirməlidir.
3. Təqdim olunan layihə yalnız sizə məxsus olmalı, daha əvvəl ictimaiyyətə təqdim edilmiş hər hansı loqotipin element və nişanlarına uyğun gəlməməlidir
4. Müsabiqəyə təqdim olunan layihə, izahedici mətnlə təqdimat formasında olmalıdır.
Qalib loqonun müəllifi 500-1000 AZN məbləğində pul mükafatı ilə təltif olunacaq.