Ruminiyadan qələbə ilə qayıdan AzeRobot

Ruminiyadan qələbə ilə qayıdan AzeRobot

Ruminiyanın Buxarest şəhərində keçirilən RoboChallange 2022 yarışmasının son günü 06 noyabr 2022-ci il tarixdə mükafatlandırma mərasimi keçirildi. Avropanın ən böyük robot yarışması olan RoboChallange  Robot yarışmasında Mega Sumo kateqoriyası üzrə komandalarımız I, II, III yerə layiq görülmüşlər. Yarışmanın şərtlərinə görə I yerə layiq görülən komanda dünyanın ən böyük robot yarışması olan All Japon Robot Sumo yarışmasında iştirak etmək şansı qazanır. Ölkəmizi beynəlxalq arenalarda təmsil edən, bayrağımızı zirvələrə qaldıran komanda üzvlərimizi təbrik edirik, uğurların davamının gəlməsini diləyirik!