AzeRobot 2-ci Milli Kibertəhlükəsizlik Forumunda iştirak etdi.

AzeRobot 2-ci Milli Kibertəhlükəsizlik Forumunda iştirak etdi.

Hər zaman tədbirlərdə fəal iştirak edən, “Gələcəyimiz texnologiyalar üzərində qurulub” slogan ilə çalışan komandamız bu dəfə AKTA təşkilatçılığı ilə keçirilən 2-ci Milli Kibertəhlükəsizlik Forumunda iştirak etdi.

31 may 2023-cü il tarixdə baş tutan Forumda komandamız idarəheyətinin üzvü qismində iştirak edirdi. Həmçinin Forumun sərgi zonasında AzeRobota xüsusi məkanda stend ayrılmışdı.

Əməkdaşlarımız stendə yaxınlaşan iştirakçılara və xarici şirkətlərin əməkdaşlarına AzeRobotun fəaliyyət məqsədi, ölkənin müxtəlif ərazilərində filialların, ucqar zonalarda yaşayan şagirdlərə dəstəyimiz və onların layihələri haqqında məlumat verdilər.

Bakı, Boulevard Hotel Marriotda keçirilən Foruma Türkiyə və İsraildən olan xarici ekspertlər müvafiq panellərdə müzakirələr üçün dəvət olunmuşdular.

Həmçinin forumda “Milli kibertəhlükəsilik ekosistemi”, “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin aktual məsələləri”, “Kibertəhlükəsizlik sahəsində təhsil və insan resursları” adlı panellərdə çıxışlar və müzakirələr aparıldı.

Tədbirin sonunda AzeRobot education idarəheyətinin üzvü kimi və stenddə fəal iştirakına görə təşəkkürnamə ilə təltif olundu.