AzeRobot Yarat uşaq festivalında!

AzeRobot Yarat uşaq festivalında!

 

Sərgilərin, təhsil proqramların və festivalların təşkil olunması vasitəsilə öz missiyasını həyata keçirən YARAT Müasir İncəsənət Məkanı 10 sentyabr 2022-ci il tarixdə Alfa nəslinə həsr olunmuş uşaq festivalı təşkil etdi.
Texnoloji irəliləyişlər həyatımızın hər sahəsinə təsir edir. Gələcəyin nəsli sayılan alfalar (2010-2025) rəqəmsal incəsənətin populyarlığı ilə paralel böyüyürlər. Hal-hazırda alfalar incəsənətdə baş verən rəqəmsal çevrilişin bilavasitə şahididirlər. Festivalda uşaqlar incəsənətə yüksək texnologiyalar prizmasından baxdı, onun rəqəmsal transformasiyasını praktiki olaraq təcrübədən keçirdilər və ümumilikdə bu sahənin gələcəyini müəyyənləşdirdilər. Bu möhtəşəm festivalda AzeRobot komandasıda iştirak etdi. Festivala gələn balaca qonaqlar master classlarda iştirak edib, robototexnika, mühəndislik sahələri ilə tanış oldular.