“Gəmiçilik, gənc ixtiraçılar və innovasiya” mövzusunda müsabiqə

“Gəmiçilik, gənc ixtiraçılar və innovasiya” mövzusunda müsabiqə

Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində ASCO-nun təşkilatçılığı ilə “Gəmiçilik, gənc ixtiraçılar və innovasiya” mövzusunda keçirilən müsabiqə çərçivəsində keçirilən tədbirlər barədə

HESABAT

2 fevral 2024-cü il – Azərbaycanda Gənclər günü münasibətilə ASCO-nun Suraxanı Gəmi muzeyində “İnnovativ gənclik, innovativ gəmiçilik” adlı tədbir təşkil edilib. Burada AzeRobot education robototexnika tədris mərkəzinin tələbələri öz innovativ layihələrini sərgiləmişdilər. ASCO rəhbərliyi də həmin layihələrlə yaxından tanış olmuşdu.

1 mart 2024-cü il – ASCO tərəfindən AzeRobot education tələbələri üçün müsabiqə elan etdi. Elə həmin “Gəmiçilik, gənc ixtiraçılar və innovasiya” mövzusunda elan olunan müsabiqə çərçivəsində ilk görüş baş tutdu. Görüşdə müsabiqənin hazırlıq və təşkilati işlərinin gedişatı, eyni zamanda şərtləri müzakirə olundu. Müsabiqənin 3 mərhələdən ibarət olması barədə qərar qəbul edildi. Birinci mərhələdə iştirakı qeydə alınmış komandalara konseptual layihələrin təklifi üçün 15 gün vaxt verildi.

14 mart 2024-cü il – Bu müddət bitdikdən sonra AzeRobot education robototexnika tədris mərkəzində komandalarla yenidən görüş keçirildi. Münsiflər heyəti təqdim olunmuş layihələr sırasından ikinci mərhələdə iştirak hüququ qazanmış layihələri seçdilər. İkinci mərhələdə iştirakçılara konseptual layihələrin prototipini hazırlamaq tapşırıldı. Bunun üçün komandalara 60 gün vaxt verildi.

14 iyun 2024-cü il – Layihənin ikinci mərhələsi uğurla başa çatdı . Müəyyən olunmuş vaxt çərçivəsində iştirakçılar prototipləri hazırlayaraq təhvil verdilər.

1 iyul 2024-cü il -  ASCO da layihələrin təqdimatı keçirildi. Münsif heyəti müsabiqəyə təqdim edilən layihələrlə yaxından tanış oldu.

Daha sonra müsabiqəyə daxil olmuş layihələrin qiymətləndirilməsi aparıldı. 13 nəfərdən ibarət münsif heyəti qalib komandaları müəyyənləşdirdi.

Qeyd edək ki, “Gəmiçilik, gənc ixtiraçılar və innovasiya” mövzusunda müsabiqənin əsas məqsədi Prezident İlham Əliyev tərəfindən elan olunan Yaşıl dünya naminə həmrəylik ilinə töhfə vermək, eləcədə gənc ixtiraçılara dəstək olmaq, onların layihələrinin gəmiçilik sahəsində tətbiqiimkanlarını qiymətləndirmək və reallaşmasına imkan yaratmaq, gənclər arasında innovativ texnologiyalar, süni intellekt texnologiyaları, mühəndislik və elektro robototexnika sahəsini təbliğ etməkdən ibarətdir.

Teqlər