Əhmədli filialı fəaliyyətə başladı.

Əhmədli filialı fəaliyyətə başladı.


Günü gündən inkişaf edərək, filialların sayını artıran, tədris əhatəsini genişləndirən AzeRobot robototexnika tədris mərkəzinin növbəti filialı Əhmədlidə fəaliyyətə başladı.

Məkan olaraq ən çox istək olan ərazidə fəaliyyətə başlayan Əhmədli filialındada digər filiallar kimi ən son model texnologiya, avadanlıqlar və dəstlərlə təmin olunmuşdur.

Açılış günü filiala yaxın ərazidə yaşayan şagirdlər nümunə dərslərdə iştirak etdilər. Valideynlərin sualları ətraflı cavablandırılaraq, mərkəzimizlə və tədris haqqında ətraflı məlumat verildi.

31 avqust tarixdən Gəncə prospekti 59 ünvanda fəaliyyətə başlayan yeni filialımızın açılış günündən olan rəngarəng kadrları sizinlə bölüşürük.