AKTA üzvlərinin “Bakı KOB evi”ndə biznes görüşü həyata keçirilib.
22 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) birgə təşkilatçılığı ilə AKTA üzvləri üçün “Bakı KOB evi”ndə növbəti biznes görüş həyata keçirilib.
AzeRobot education layihə rəhbəri İmamir Mirzoyevanında iştirak etdiyi görüşdə iştirakçılara dövlət və özəl qurumlar tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin vahid məkanda və əlaqələndirilmiş formada təqdim olunduğu kiçik və orta biznes evlərinin (KOB evləri) faəliyyətinə dair məlumatlar təqdim olunub.
Mərkəzlərdə həmçinin, innovativ sahibkarlığa və startaplara dəstəyin göstərildiyi, qadınlar, əlilliyi olan şəxslər və gənclər arasında sahibkarlığın təşviq olunduğu, KOB-ların məlumatlandırılması istiqamətində digər tədbirlərin həyata keçirildiyi qeyd olunub.
AzeRobot tərəfindən bu sahədə, gənclərə göstərilən dəstək barədə, təcrübə proqramı çərçivəsində özlərini inkişaf etdirməyə və işlə təmin olunmasına şərait yaradılması haqqında işlərin aparılmasıda qeyd olundu.