Gələcəyə Açılan Qapı!

Gələcəyə Açılan Qapı!

Mexatronika, Gənc Mühəndis və Süni İntellekt sahələrinin keyfiyyətli tədrisi, dünyanın inkişafda olan ixtisaslarına liderlik edəcək təcrübəli gənclərin qapısını açır.

????Mexatronika : Mexatronika, robotların hazırlanmasında əhəmiyyətli bir sahədir. Bu modulda şagirdlər mexanika, elektronika və proqram təminatını sistemlərdə işləməyi öyrənəcəklər. 14 yaşdan böyüklər bu modula qoşula bilərlər.
????Gənc Mühəndis: Bu təlim mexanika, elektronika, və proqramlaşdırma sahələrini birləşdirir və məktəblilərə müasir texnologiyaların işləmə prinsiplərini öyrədir. Məktəblilər mexanika haqqında əsas məlumatlarla başlayan dərslər ərzində mexaniki dizaynın aspektlərini öyrənirlər və 3D dizayn və printer dərsləri ilə davam edirlər. İştirakçılar elektronika ilə tanış olaraq elektronik komponentlərlə işləyirlər, eyni zamanda fizika və riyaziyyat biliklərini təkmilləşdirirlər.9-16 yaş aralığında olan şagirdlər bu modula qatıla bilər.
????Süni İntellekt : Süni İntellekt təhsili alanlar, robotlar üçün süni intellekt alqoritmləri və maşın öyrənmə texnologiyalarını inkişaf etdirirlər. Bu alqoritmlər, robotlara məlumatları sürətli və effektiv şəkildə emal etməyi və daha çətin və kompleks vəzifələri uğurla həll etməyə imkan verir.Süni İntellekt təlimi, süni intellekt və tətbiq üsulları haqqında ətraflı məlumat verir, Python dili ilə bu sahədə bacarıqların qazanılmasına nail olur. Alqoritma strukturları ,Data Science, Computer Vision və Machine Learning kimi sahələr təlimin əsas məzmununu təşkil edir.