Uluslararası 16-cı Mebrobot yarışması

Uluslararası 16-cı Mebrobot yarışması

Mentor və şagirdlərdən ibarət komandamız 16-19 oktyabr 2024-cü il tarixlərində Türkiyənin Ərzurum şəhərində keçirilən 16-cı Uluslararası MEB Robot yarışmasında iştirak edərək ölkəmizi layiqincə təmsil etdilər.

Avropanın ən böyük robot yarışmalarından biri olan MEB Robot yarışmasında 12 nəfərlik heyətimiz "Tozkoparan", "Mini Sumo", "RC Sabit Kanat Uçak", "Serbest Proje", "Temel Seviye Çizgi İzleyen" və "İleri Seviye Çizgi İzleyen" kateqoriyalarında mübarizə apardı.
Yarışda mentor dəstəyi göstərdiyimiz Bakı Liman RoboPort komandası da bizimlə birgə iştirak etdi. Komandamız 7000-dən çox iştirakçı arasında fəal şəkildə çıxış edərək, Azərbaycanın adını beynəlxalq səviyyədə tanıtmaq üçün böyük səy göstərdi.
Yarış müddətində heyət üzvlərimiz Türkiyənin Təhsil Naziri ilə görüşərək, komandamızı və fəaliyyətlərimizi təqdim etdilər. TRT dövlət kanalına verdikləri müsahibə vasitəsilə əldə etdikləri uğurları və təcrübələri paylaşıb gələcək hədəflərindən danışdılar. Yarışmanın aparıcısı, Türkiyənin nüfuzlu simalarından biri olan Levent Kol, “iki dövlət, bir millət” ənənəsinə sadiq qalaraq komandamızı böyük hörmətlə qarşılayıb, bizi xüsusi qonaq olaraq iştirakçılara təqdim etdi.
AzeRobot Education olaraq, şagirdlərimizin bu beynəlxalq yarışmada iştirak etməsi onların texniki biliklərini genişləndirməkdən əlavə, qlobal səviyyədə təcrübə qazanmalarına şərait yaratdıq. Onlar müxtəlif ölkələrdən olan həmyaşıdları ilə təcrübə mübadiləsi edərək, komanda işi, problem həlli və yaradıcı düşünmə kimi bacarıqlarını daha da inkişaf etdirdilər. Bu təcrübə onlara həm özünəinam, həm də geniş perspektiv qazandırdı.
Əgər övladınızın belə yarışmalarda iştirak edərək həm texniki bacarıqlarını, həm də qlobal səviyyədə təcrübələrini genişləndirməsini istəyirsinizsə, növbəti yarışlar üçün qeydiyyatdan keçməyə tələsin! Azərbaycanı beynəlxalq arenada təmsil etmək bizim üçün böyük şərəfdir və hər bir şagird üçün bu xüsusi fürsətdir.