Kubik Rubiki ən sürətli yığan robot

Kubik Rubiki ən sürətli yığan robot

Heç kim üçün sirr deyil ki, robot kubik rubiki Yer üzündəki hər bir insandan daha sürətlə yığa bilir. Uzun illər boyu insanlar yalnız öz aralarında yarışaraq robotların nəticələrinə yaxınlaşmağa çalışmışdırlar. Hələki kubik rubiki sürətli yığmaq üzrə dünya rekordu amerikalı Lucas Etter-ə məxsusdur. O bunu 4.90 saniyə ərzində edir. Lakin bu robotun nəticəsinə çatmaq üçün kiçik göstəricidir. Adətən robotlar kubik rubiki 1 saniyədən bir qədər çox vaxt ərzində yığırlar. Maraqlısı odur ki, Jay Flatland və Paul Rose-un düzəltdikləri robotun konstruksiyası heç də qeyri-adi deyil. Bir çox robotlar kimi Jay və Paul-un düzəltdikləri robot da kubik üçün nəzərdə tutulmuş tutacaqlardan və lazımi hissələri fırladan motorlardan ibarətdir. Robotda kubiki müşahidə edən kameradan əlavə olaraq komputer alqoritmi də var. Həmin komputer alqoritmi kubik rubiki sürətlə yığmağa imkan verir. Jay və Paul tərəfindən hazırlanan robot kubik rubiki 1.196 saniyə ərzində yığır.