Dron Yaz Turniri

Dron Yaz Turniri

Texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə yeniyetmə və gənclərin ən çox marağını çəkən sahə dron mühəndisliyidir. 29 aprel 2023-cü il tarixdə Koroğlu filialında AzeRobot Education filialları arasında Dron mühəndisliyi modulu üzrə “Dron Yaz Turniri” adı altında hesabat turniri keçirilmişdir. 2 kateqoriya üzrə keçirilən yarışda 50 şagird iştirak etmişdir. İştirakçılar turnirdən öncə filiallarda testlərin nəticəsində seçilmişdi.
“X/O Game” kateqoriyası üzrə 20 şagird iştirak etmişdir. Qalib jurilər tərəfindən I yer Əliyev İlkin , II yer Rauf Həşimli, III yer isə Ayxan Nağıyev seçilmişdir.

“Drone Duel” kateqoriyası üzrə isə 30 şagird iştirak etmişdir. Qalib jurilər tərəfindən I yer Muammed Erkam, II yer Elçin Həsənov, III yer isə İlkin Əliyev seçilmişdir.
İştirakçıların hər birinə uğurlar arzu edirik.

Teqlər