AzeRobot RoboChallange2022-də

AzeRobot RoboChallange2022-də

AzeRobot education müəllim və şagirdlərdən ibarət heyətlə 13-cü Beynəlxalq RoboChallange 2022 yarışmasında iştirak etmək üçün Ruminiya ölkəsinə yollandı. 4-6 noyabr tarixlərində keçiriləcək yarışda komandamızın üzvləri bir neçə kateqoriya üzrə yarışacaqlar. Yarışda iştirak edən ölkələr arasında Polşa, Meksika, Bolqarıstan, Peru, Amerika, Rumıniya, İngiltərə, Türkiyə, Latviya və s.  digər Avropa ölkələri var. Qalib gələn komanda Yaponiyada keçiriləcək, dünyanın ən mötəbər robot yarışınında iştirak etmək şansı qazanacaqdır. AzeRobot bu yarışda iştirak etmək, qalib gəlmək üçün böyük əzmlə hazırlaşmışdır. 
Ölkəmizi daha yüksək pillərdə də təmsil etmək bizim üçün böyük fəxrdir.