Mexatronika

Mexatronika

Yeni tədris ilində şagird qəbulu elan olunan modullardan biridə Mexatronikadır.14 yaşdan böyüklər bu modulun dərslərinə qoşula bilər. Tədris digər modullarda olduğu kimi üç dildə aparılır. Azərbaycan, rus və ingilis dillərində.
Mexatronika müxtəlif mühəndislik növlərini (mexanika, elektronika və proqram təminatı) birləşdirən və müasir, qabaqcıl avtomatlaşdırılmış istehsal sənayesində tələb olunan bacarıq dəstlərini ifadə edən çoxsahəli mühəndislik sahəsidir. Bu modulda şagirdlər mexanika, elektronika və proqram təminatını daha sadə və daha ağıllı sistemlərlə işləməyi öyrənəcəklər. 
Əgər sizdə bu modul ilə tanış olub, yeni biliklərə yiyələnmək istəyirsizsə bizə müraciət edin.