AzeRobot Şərqbazarında fəaliyyətə başlayır.

AzeRobot Şərqbazarında fəaliyyətə başlayır.

AzeRobot çox saylı xahişləri nəzərə alaraq, 01 avqust 2022-ci il tarixdən Şərq Bazarında fəaliyyətə başlayır. Artıq 5-16 yaş arası uşaqlarınızın həm əyləncəli həm də faydalı vaxt keçirməsi üçün, həftənin beş günü fəaliyyət göstərəcək, 2 saatlıq master classlarımıza qeydiyyatdan keçirə bilərsiniz. Burada robototexnika, proqramlaşdırma, mühəndislik və  s. sahələr üzrə master classlar təşkil olunacaqdır. Master classlar i am pilot, robomonte, spike, neobot, gənc mühəndis, dron mühəndisliyi və s. modullarımız üzrə aparılacaqdır. Master class da uşaqlar robototexnika haqqında anlayışlarını formalaşdırmağa, robotlar hazırlamağı və proqramlaşdırmanı öyrənəcəklər.

 


Ətraflı məlumat almaq üçün (051) 233 67 48 nömrəsi ilə əlaqə saxlaya bilərsiz.smiley