ART 2023

ART 2023

Artıq ənənə halını alan hər 6 aydan bir keçirilən III AzeRobot Robototexnika Turnirinə qeydiyyat başladı. 

14-15 yanvar 2023-cü il tarixdə keçiriləcək möhtəşəm AzeRobot Robototexnika Turniri sizi gözləyir.

Turnir Balaxanı qəsəbəsində yerləşən Balaxanı idman Kompleksində keçiriləcək. Turnirin ilk günü 5-9 yaşlı şagirdlərdən ibarət komandalar yarışacaq. ikinci gün isə 10 yaşdan böyük şagirdlərdən ibarət komandalar yarışacaq. 

7 kateqoriya (Line Follower (EV3-Spike), Sumo (EV3), Labirint (Spike), Open Category, Sumo (Arduino), Line Follower (Arduino), Airdroping ( dron yarışı)) üzrə keçiriləcək turnirdə səndə iştirak et, qalib ol, hədiyyə qazan.

İştirakçılar bir neçə dövlət müəssisələrindən dəvət etdiyimiz robototexnika sahəsi üzrə mütəxəssis olan münsiflər tərəfindən qiymətləndiriləcək. Qaliblər kubok, medal, diplom və hədiyyələrlə təltif olunacaqdır.


Son qeydiyyat 5 yanvar 2023-cü il

Qeydiyyat üçün: https://azerobot.az/qeydiyyat