Robotexnikanın birinci qanununu pozan robot

Robotexnikanın birinci qanununu pozan robot

Kaliforniya Universitetindən olan mühəndis Alexander Reben insana zərər verib verməyəcəyini özü müəyyən edən robotu təqdim edib. Bu halda zərər dediyimiz hal iynə ilə barmağı deşmək nəzərdə tutulur. Alexander Reben qeyd edib ki, onun məqsədi insana zərər verən robotu yaratmaq deyil idi. Robot insana zərər verə də bilər verməyə də bilər. Yəni bu halda robot nəticənin necə olacağını özü qərarlaşdırır. Hətda onun yaradıcısı belə bilmir ki, nəticə necə olacaq. Alexander Reben-in fikrincə süni zəka bir gün yazıçı İsaac Azimov-un yaratdığı robotexnikanın birinci qanununu (Robot insana zərər yetirə bilməz və ya öz fəaliyyətsizliyi ucbatından insana zərərin veriləcəyinə imkan yarada bilməz) poza bilər. Mühəndis qeyd edib ki, bu cür robotun yaradılmasında əsas məqsəd süni zəka tərəfindən ola biləcək təhlükəyə insanların diqqətlərini cəlb etməkdir. Onun sözlərinə görə süni zəkanı dayandırma üsulları onun yaranmasından daha əvvəl düşünülməlidir.