Sahibkarlar Günü münasibətilə biznes və təhsil nümayəndələrinin görüşü keçirildi.

Sahibkarlar Günü münasibətilə biznes və təhsil nümayəndələrinin görüşü keçirildi.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Sahibkarlar Günü münasibətilə keçirilən görüşdə biznes və təhsil nümayəndələri bir araya gəldi.

Tədbirin məqsədi peşə təhsili ilə biznes sektoru arasında əməkdaşlığın gücləndirilməsi, əmək bazarına uyğun ixtisaslı kadrların hazırlanması və yeni tərəfdaşlıqların qurulması idi.

Görüşdə AzeRobot Education direktoru İmamir Mirzoyev də iştirak edərək bu istiqamətdə əməkdaşlığın əhəmiyyətini vurğuladı.