RobotChallenge 2026 beynəlxalq yarışının qalibləri gənclər və idman naziri Fərid Qayıbovla görüşüblər
Noyabrın 11-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən “RobotChallenge 2026” beynəlxalq robototexnika yarışında uğur qazanan AzeRobot komandasının üzvləri ilə görüş keçirilib.
Görüşdə ölkəmizi beynəlxalq yarışda uğurla təmsil edərək üç mükafatlı yer qazanan komandanın üzvləri iştirak ediblər.
Gənclər və idman naziri Fərid Qayıbov beynəlxalq yarışlarda uğur əldə edən gəncləri təbrik edib, onların qazandıqları nailiyyətlər, yarış zamanı əldə etdikləri təcrübə və gələcək planları ilə maraqlanıb.
Görüş zamanı AzeRobot komandasının üzvləri RobotChallenge 2026 yarışında iştirakları, əldə etdikləri nəticələr və beynəlxalq səviyyədə qazandıqları təcrübə barədə təəssüratlarını bölüşüblər. Həmçinin gələcək yarışlarda iştirak və yeni nailiyyətlər əldə etmək istiqamətində hədəfləri haqqında danışıblar.
Qeyd edək ki, AzeRobot komandası RobotChallenge 2026 beynəlxalq yarışında üç mükafatlı yer qazanıb:
I yer – Mini-Sumo Kids: AZE – Nebula
II yer – Freestyle Showcase Kids: AZE – Aqua Fly
III yer – Freestyle Showcase Kids: AZE – Smart Market
AzeRobot Education olaraq komandamızın beynəlxalq arenada qazandığı uğurları yüksək qiymətləndirir, gənc robototexnika həvəskarlarına gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.


