Komandamız Robochallenge 2025-də Rumıniyada!
AzeRobot Education komandamız 31 oktyabr – 1 noyabr tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Robochallenge 2025 beynəlxalq robot yarışmasında ölkəmizi qürurla təmsil etdi!
Bu yarışma Avropanın ən böyük robot yarışlarından biridir və artıq 16-cı dəfədir keçirilir. Komandamız isə 4-cü dəfədir bu mötəbər tədbirdə iştirak edir.
Bu il 6 kateqoriya üzrə yarışdıq:
⚙️ Mega Sumo, ⚙️ Mini Sumo, ⚙️ Mini Sumo Kids, ⚙️ Micro Sumo, ⚙️ Freestyle Universitet, ⚙️ Freestyle Kids.
Mini Sumo kateqoriyasında 8/1 finala,
Mega Sumo kateqoriyasında 16/1 finala yüksəldik.
Freestyle kateqoriyalarında isə 6 və 9-cu yerlərə layiq görüldük.
Yarışda mentor dəstəyi göstərdiyimiz Milli Aviasiya Akademiyasının tələbələrindən ibarət komanda da bizimlə birgə iştirak etdi. Komandalarımız 1200-dən çox iştirakçı arasında fəal çıxış edərək, Azərbaycanın adını beynəlxalq səviyyədə tanıtmaq üçün böyük səy göstərdi.
Yarış müddətində heyət üzvlərimiz qonaqlara və digər iştirakçılara AİRO yarışması haqqında məlumat verərək, onları Azərbaycanda keçiriləcək yarışa dəvət etdilər.
Yarışmanın baş koordinatoru Adrian Ionut komandamızı xüsusi qonaq kimi təqdim edərək, bizi böyük hörmətlə qarşıladı.
Kolumbiya, Meksika, Türkiyə, Litva və Rumıniya kimi ölkələrin komandaları ilə mübarizə aparan komandamız, yarış sonrası Buxarestin tarixi məkanlarına təşkil olunmuş turda iştirak etdi.
Bu beynəlxalq təcrübə şagirdlərimizə texniki biliklərlə yanaşı, komanda işi, problem həlli və yaradıcı düşünmə bacarıqları qazandırır.
Əgər siz də övladınızın belə beynəlxalq yarışlarda iştirak etməsini və təcrübə qazanmasını istəyirsinizsə – növbəti yarışlar üçün qeydiyyatdan keçməyi unutmayın!


